Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Zaman keçdikcə ermənilərin özləri belə Xocalıda törətdikləri qətliam və soyqırımı etiraf etməli olurlar. Tezadlar.az bildirir ki, Gürcüstanlı bloger Tako Tamuna keçmiş erməni generalı Levon Minasyanı canlı yayıma çıxarıb. Erməni generalın ağzı qızışıb və Xocalıda törətdiyi qətliamları etiraf edib. Bloger Minasyana “Siz Xocalıda olmusunuz?” sualı ünvanlayıb, o isə törətdiyi qətliamlarla bağlı bunları deyib: “Xocalı mənim işimdir… Saysız-hesabsız Azərbaycan türklərini qırdım. Onların neçəsinin başını kəsdiyimi belə xatırlamıram. Azərbaycanlılar da indi məni axtarır…”, – deyə Minasyan qeyd edib. Gürcü bloger təəccüblü şəkildə ondan ciddi olub-olmadığını soruşduqdan Minasyan “Nə olub gözəl qız, bəli, olub…”- deyə cavab verib.
Bax belə. İndi bu şərəfsizin yeri Azərbaycan DTX-nin təcridxanasında deyilmi???
A.Məmmədli
BU DA HƏMİN VİDEO: