Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistan hökuməti 2026-cı il üçün dövlət büdcəsi layihəsini yenidən işləyib və dəyişikliklər xərclərə və qurumlara ayrılan vəsaitlərə təsir edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazır.
Qeyd edilir ki, Ermənistanın maliyyə naziri Vahe Ovannisyan parlamentdə əvvəlki müzakirələr zamanı parlament üzvlərindən 30 təklif və sorğu aldığını, bunların əksəriyyətinin müxtəlif fəaliyyətlər üçün büdcənin artırılması ilə bağlı olduğunu (4,9 milyard dram və ya 12,8 milyon dollar) və bunlardan 12-sinin rədd edildiyini açıqlayıb.
Ovannisyan qeyd edib ki, hökumətin borcunun əvvəllər 2026-cı ilin sonuna qədər ÜDM-in 53,5%-i olacağı proqnozlaşdırılırmış. Layihənin yenidən işlənməsindən sonra bu rəqəmin 52,9%-ə çatacağı proqnozlaşdırılır. Büdcə kəsiri, büdcədə göstərildiyi kimi, ÜDM-in 4,5%-i (536 milyard dram) səviyyəsində faktiki olaraq dəyişməz olaraq qalır. İErmənistanın qtisadiyyat Nazirliyinin xərcləri isə nəzərəçarpacaq dərəcədə – 38,4 milyard dram artaraq 113 milyard drama çatdırılıb. Ədliyyə Nazirliyinin büdcəsi daha 1,2 milyard dram artaraq 25,5 milyard drama, b aş nazir administrasiyasının xərcləri Frankofoniya Milli Oyunlarının təşkili ilə əlaqədar olaraq 157 milyon dram artaraq 183,1 milyard drama yüksəlib.
Datalex məhkəmə və hüquqi informasiya sisteminin təkmilləşdirilməsi üçün Ali Məhkəmə Şurasına əlavə 34,5 milyard dram ayrılacaq.
Həmçinin Ətraf Mühit Nazirliyi əlavə 341,6 milyon dram, Səhiyyə Nazirliyi 1 milyard dram, Sosial Əmək Nazirliyi 1,2 milyard dram və Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi 3,8 milyard dram alacaq.
Qeyd edilir ki, Maliyyə Nazirliyinin xərcləri isə (3,3 milyard dram) azalıb.
JASMİN