Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 Dekabr 2025 / 15:19

Ermənistan hökuməti Qarabağ danışıqlarına dair sənədləri dərc edib və…

Nəhayət, Ermənistan hökuməti keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc edib. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, Paşinyan hökuməti  bu barədə rəsmi məlumat yayıb. Həmin materiallar hökumətin rəsmi saytında yerləşdirilib. Hökumətin saytında ümumilikdə 13 fayl vardır. Bunların arasında 2011-ci ildə Kazanda müzakirə olunan sənəd, 2019-cu ildə təqdim olunan vasitəçilərin təklifləri və üçüncü prezident Serj Sarkisyanın 2016-cı ilin avqustunda rusiyalı həmkarı Vladimir Putinə məktubu da var.

Qeyd: bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc edəcəyini deyib. Ermənistanın keçmiş prezidenti Serj Sarkisynanın açıqlamalarına münasibət bildirən Paşinyan danışıqlar tarixçəsinin 2019-cu ili də əhatə edən əsas materiallarını hazırladığını söyləyib: “Hazırda onların hamısının surəti çıxarılır, ilin sonuna qədər aralarına bir neçə publik sənədi əlavə etməklə dərc edəcəyəm”.

Beləliklə, Ermənistan siyasətçiləri belə hesab edir və sosial şəbəkə hesablarında qeyd edirlər ki, Paşinyan, əslində, doğru yoldadır, Ermənistan qonşuları ilə sülh şəraitində yaşamalıdır.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!