26 Avqust 2025 / 18:37

Ermənistan məhkəməsi Serj Sarqsyanın vəsatətini rədd etdi

Ermənistan məhkəməsi sabiq prezident Serj Sarqsyanın cinayət təqibindən azad olunması barədə müdafiə tərəfinin vəsatətini rədd edib.

“Tezadlar” xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Vəkil Amram Makinyan məhkəmə iclasında bildirib ki, iş üzrə müstəntiq hələ iyunun 21-də istintaqın davam etdirilməsindən rəsmi olaraq imtina edib və materialları Antikorrupsiya Məhkəməsinə təhvil verib. Buna baxmayaraq, Milli Təhlükəsizlik Xidməti istintaq hərəkətlərini davam etdirib.

Hakim Aram Qriqoryan izah edib ki, indiki mərhələdə yalnız ayrı-ayrı maddələr üzrə təqibin dayandırılması müzakirə olunur.

Sarqsyan həmçinin bir neçə başqa cinayət işində də təqsirləndirilir. Onlardan biri neft məhsullarının idxalı ilə məşğul olan “Fleş” şirkətinə himayədarlıq göstərilməsi, digəri isə İrəvanda “Yerablur” hərbi panteonunun yaxınlığındakı torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlıdır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!