Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Rusiyalı sahibkarlar Ermənistan tərəfi ilə işləməyə ehtiyatla yanaşmağa başlayıblar.”
Tezadlar.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistan eyni vaxtda həm Avrasiya İqtisadi Birliyinin (AİB), hən də Avropa Birliyinin (AB) üzvü ola bilməyəcək.
“Ermənistanın Avropa Birliyi ilə yaxınlaşmasına gəldikdə, biz bu barədə dəfələrlə danışmışıq. Hesab edirik ki, eyni vaxtda iki inteqrasiya birliyinə üzvlük bir araya sığmır. Və müəyyən bir məqamda Ermənistan xalqı seçim etməli olacaq. Bu, Ermənistan xalqının seçimidir”, – deyə Aleksey Overçuk diqqətə çatdırıb.
O, həmçinin 2025-ci ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin azalmasından da danışıb:
“Xatırladığınız kimi, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 15,4 milyard dollar olub. Bu il isə çox güman ki, minimum 6 milyard dollar olacaq ki, bu da çox əhəmiyyətli bir azalmadır.”
RF Baş nazirinin müavini xüsusi olaraq vurğulayıb ki, ki, rusiyalı sahibkarlar Ermənistan tərəfi ilə işləməyə ehtiyatla yanaşmağa başlayıblar. Lakin ümumilikdə, Baş nazirin müavini Moskva və İrəvan yaxşı əlaqələr saxladığını bildirib.
Qeyd edək ki, bu günlərdə Ermənistanın Baş naziri Almaniyaya səfər edib və ölkənin Aİ-yə qoşulmaq planlarını bir daha təkrarlayıb.
Ötən gün isə o, Moskvaya gəlib və AİB hökumətlərarası şurasının iclasında Ermənistanın Avrasiya İttifaqı çərçivəsində əməkdaşlığa hazır olduğunu bildirib…
Y.Məmmədli