Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Maraqlı fakt ortaya çıxır: Finlandiyanın hərbi kəşfiyyatının 2026-cı il üçün yaydığı icmalda Rusiyanın Cənubi Qafqazdakı mövqeyi ilə bağlı qiymətləndirmə yer alıb. Tezadlar.az xəbər verir ki, sənəddə qeyd olunur ki, Rusiya regionda mühüm oyunçu olaraq qalmasına baxmayaraq, onun təsiri əvvəlki illərlə müqayisədə azalıb. Hesabatda bildirilir ki, Rusiya Ermənistan və Azərbaycan arasındakı münaqişədə xarici tənzimləyici rolunu itirib və hər iki ölkə ilə münasibətləri zəifləyib. Bununla yanaşı, Gürcüstanın siyasi baxımdan Rusiyaya daha çox yaxınlaşdığı vurğulanır. Sənədə əsasən, Rusiyanın əsas strateji məqsədi — qlobal təsirini artırmaq — dəyişməz qalır. Moskva Qərb liberal demokratiyasını təhdid kimi qiymətləndirir və Ukraynadakı müharibə, digər regional münaqişələr, eləcə də hibrid təsir alətlərindən istifadə etməklə Qərbi zəiflətməyə çalışır.
İcmalda qeyd olunur ki, Rusiyanın diqqəti əsasən keçmiş Sovet İttifaqı ərazilərinə, xüsusilə də Ukraynada davam edən müharibəyə yönəlib. Belarusun hələ də Rusiya tərəfindən ciddi nəzarətdə saxlanıldığı bildirilir. Eyni zamanda, 2025-ci ilin payızında Moldovada keçirilən parlament seçkilərində Avropayönlü qüvvələrin qələbəsinə baxmayaraq, Rusiyanın bu ölkədə hibrid təsir üsulları və Dnestryanı separatçı bölgədəki dondurulmuş münaqişə vasitəsilə siyasi təsirini artırmaq cəhdlərini davam etdirdiyi vurğulanır.