Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması müzakirə mövzusu deyil.
Tezadlar.az xəbər verir ki, TASS-ın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bildirib.
“Bizə belə bir qərar vermək tapşırılmayıb. Əgər vəziyyət bu şəkildə inkişaf edərsə, təbii ki, bunu öyrənəcəksiniz”, – diplomat bildirib.
Onun sözlərinə görə, KTMT-dən çıxmaq məsələsi bu mərhələdə Xarici İşlər Nazirliyi qarşısında qaldırılmayıb.
Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT üzv dövlətlərinin Ermənistan qarşısındakı öhdəliklərini yerinə yetirməməsinin ölkənin müstəqilliyinə töhfə verdiyini bildirmişdi. O, KTMT təhlükəsizlik sistemini bir köpük kimi təsvir edib.
E.ŞİRİNOV