Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistana 1000 ton Qazaxıstan buğdasının ilk partiyası çatdırılıb. Qazaxıstan Prezidenti bunu mətbuat konfransında açıqlayıb.
Tezadlar.az bu barədə Akorda-ya istinadən məlumat verir.
“Sanksiyaların ləğvi və ölkəsi vasitəsilə birbaşa ikitərəfli ticarət üçün şərait yaratmaq qərarına görə Azərbaycan liderinə minnətdarlığımı bildirirəm. Bu ilin noyabr ayında Azərbaycan ərazisindən Ermənistana 1000 ton Qazaxıstan buğdasının ilk partiyası çatdırılıb. Bu təşəbbüs xüsusilə siyasi və iqtisadi əhəmiyyət kəsb edir. Qazaxıstan müntəzəm olaraq Ermənistana yüksək keyfiyyətli taxıl məhsulları və digər mallar tədarük etməyə hazırdır. Bu sahəni daha da inkişaf etdirmək üçün bütün səylərimizi göstərməyə razılaşdıq. Prioritet vəzifələrdən biri iki ölkə arasında birbaşa hava əlaqəsinin açılması və hava yük daşımalarının təşkilidir. Bu sahədə artıq konkret planlar mövcuddur və tərəflər yaxın gələcəkdə onları həyata keçirməyə başlayacaqlar”, – deyə Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev bildirib..
Qeyd edək ki, QR Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, daşınma Qazaxıstan və Azərbaycan dövlət başçıları arasında Azərbaycan ərazisindən tranzitin bərpasına imkan verən razılaşmalar sayəsində – 30 ildən sonra ilk dəfə mümkün olub.
JASMİN