Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 Noyabr 2025 / 11:22

ERMƏNİSTANA SATILAN BENZİN BUNLARI YADIMA SALDI…

…Əslində, bir az əvvəl saytların birində qarşıma çıxan bir yazı, — “Ermənistana satılan benzinlə bağlı nələr üzə çıxdı? – Xəyanətin detalları” səbəb oldu mövzuya toxunmağıma.
Qeyd olunurdu ki, Birinci Qarabağ Müharibəsinin odlu-alovlu günlərində strateji resurslarımızın, o cümlədən yanacağın düşmən tərəfə satılması üzrə faktlar təkcə bir qrup şəxsin tamahkarlığının və mənəviyyatsızlığının təzahürü deyil, həm də dövlət idarəçiliyinin iflic vəziyyətə düşməsinin acı göstəricisi idi.
Bəli, həqiqətən də bu, belə idi. Ulu Öndər HEYDƏR ƏLİYEVİN xalqın təkidli tələbi ilə ikinci dəfə ali hakimiyyətə qayıdışı ilə dövlət quruculuğunda yeni mərhələ başlamışdı. Ən vacib vəzifə isə ölkə daxilindəki xaosu dayandırmaq idi.
Sözsüz ki, bu məsələdə Daxili İşlər Nazirliyinin üzərinə də böyük, həm də məsuliyyətli vəzifələr düşürdü. Ölkənin hər yerində olduğu kimi qərb bölgəsində də özbaşınalıq hökm sürürdü. Daxili işlər nazirinin birinci müavini, general-mayor ZAHİD DÜNYAMALIYEVİN rəhbərliyi ilə Gəncəbasarda yanacağın ölkə ərazisindən qanunsuz yollarla çıxarılmasının qarşısını almaq məqsədilə reyd keçirilirdi.
O vaxt mən Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı kimi reyddə iştirak edir, Nazir müavininin tapşırığına uyğun olaraq çəkilişlər aparırdım.
Heç yadımdan çıxmaz, reyd zamanı çəkdiyimiz vacib bir videokaset Bakıya çatmalı, Nazirə məruzə olunmalı, axşam Dövlət Televiziyasının “Xəbərlər” proqramında göstərilməli idi. Buna isə çox az vaxt qalırdı. Tovuzdan Bakıya qədər olan 450 kilometr yolu qət etmək kimi bir məsələ də vardı qarşıda. Amma 3-4 saata necə?
Gəncəli həmkarlarımın köməkliyi ilə Bakıya uçan təyyarəyə mindim. Ayaq üstə dayanmaqla olsa da 1 saata paytaxta gəldim. Az sonra Az.TV-nin “Xəbərlər” proqramı reyddən hazırladığımız süjeti göstərirdi…
Allah general-mayor ZAHİD DÜNYAMALIYEVƏ rəhmət eləsin!
Rahib Qarayev,
istefada olan polis polkovniki
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!