Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 Noyabr 2025 / 21:35

Ermənistan–Azərbaycan sülhü yeni imkanlar yaradacaq — Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Astanada Qazaxıstan parlamentinin spikeri Yerlan Koşanovla regional məsələləri müzakirə edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i baş nazirin offisinə istinadən məlumat yayıb.

“Tərəflər Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasının regionda əməkdaşlığın inkişafı və ticari-iqtisadi əlaqələrin irəliləməsi üçün yeni imkanlar yaradacağına əminliyini bildiriblər”, – məlumatda deyilir.

Onlar həmçinin Ermənistan-Qazaxıstan əlaqələrini müzakirə edib, iki ölkə arasında yüksək səviyyədə siyasi dialoqun və qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyətini qeyd ediblər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!