29 Oktyabr 2025 / 23:09

Ermənistanda hərbi xidmətin müddətinin azaldılması təklif olunub

Məcburi hərbi xidmət müddətinin altı ay azaldılması ilə bağlı qanun layihəsi Ermənistan hökumətinin iclasının gündəliyinə daxil edilib.

Tezadlar.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, qanun layihəsində sıravi əsgərlər üçün 24 aylıq məcburi hərbi xidmətin 2025-ci ilin qış çağırışından başlayaraq altı ay azaldılması və məcburi xidmət müddətinin 18 ay müəyyən edilməsi təklif olunur.

Qeyd olunur ki, qanun layihəsinin qəbul edilməsi 2027-ci ilin ikinci yarısından başlayaraq məcburi hərbi xidmətin təşkili xərclərini azaldacaq, çünki 2025-ci ilin qış çağırışının bir hissəsi olaraq 2026-cı ilin yanvar ayında başlayan 18 aylıq xidmət müddəti 2027-ci ilin iyul ayında başa çatır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!