Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Parakar icmasının rəhbəri, müxalif “Aprelu Yerkir” partiyasının nümayəndəsi Volodya Qriqoryan ötən gecə evinin yaxınlığında öldürülüb.
Bu barədə Tezadlar.az Ermənistan Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qatil hadisə yerindən qaçıb. Qriqoryandan başqa bir kriminal polis əməkdaşı da həlak olub, daha bir nəfər yaralanıb.
Agentliyin məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan cinayəti pisləyib və bəyan edib ki, Daxili İşlər Nazirliyi onu açmalıdır.
Bundan əvvəl xəbər verdiyimiz kimi, məhkəmədən qaçan Federal Əmlakın İdarə Edilməsi Agentliyinin (Rosimuşçestvo) keçmiş məmuru Boris Avakyan Ermənistanın Sankt-Peterburqdakı konsulluğunda ölü tapılıb. Avakyan gömrükdən yayındığına görə həbsini gözləyən Kronştadt Məhkəməsindən qaçıb. Məhkəmə zamanı o, siqaret istəyib və yoxa çıxıb.
E.ŞİRİNOV