Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 İyun 2025 / 08:51

Ermənistanın arxiyepiskopu Baqrat Qalstanyana həbs qətimkan tədbiri seçildi

Dünən Ermənistanda istintaq qrupu  “Müqəddəs Mübarizə” hərəkatının 16 tərəfdarının həbsi ilə bağlı məhkəməyə vəsatətlər göndərib. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, tutulanlardan biri də hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyandır. Məhkəmə “Müqəddəs mübarizə” hərəkatının saxlanılan lideri, arxiyepiskop Baqrat Qalstanyan haqqında 2 aylıq həbs qətimkan tədbiri ilə bağlı istintaqın vəsatətini təmin edib. Bundan başqa Hakim Masis Melkonyanın sədrliyi ilə baş tutan məhkəmə prosesi zamanı qondarma “Dağlıq Qarabağ Respublikası”nın deputatı David Qalstyan, Baqrat Qalstyanın köməkçisi Movses Şabatyan, hərəkatın tərəfdarı olan bloger Armen Aleksanyan, istefada olan polkovnik Miqran Maxsudyan, sabiq (ölmüş) hərbçi Ara Rostomyanın atası, hərəkatın fəalları Lidiya Mantaşyan və Aqvan Arşayan haqqında da iki aylıq həbs qətimkan tədbiri seçilib. Tiqran Qalstanyanın həbsi ilə bağlı qərar isə bu gün iyunun 26-da saat 11:00-da açıqlanacaq. Və ümumilikdə istintaq müxalifət hərəkatının 16 üzvünün həbsi ilə bağlı vəsatət qaldırıb. Ermənistan rəsmləri bu həbslərin dövlət çevrilişinə cəhdlə bağlı olduğunu deyir. Rusiya XİN də bu həbslərə bəraət yazandırıb.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!