Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 Fevral 2025 / 22:00

Ermənistanın quldur rəhbərliyi Qarabağda məskunlaşmış separatçıları belə bədbəxt edib

Ermənistanın keçmiş quldur rəhbərliyi Qarabağda sığınacaq verdiyimiz ermənilərin olmayan beynini yeyərək onları silahlandırıb bədbəxt edib quldur niyyətini həyata keçirib. Nəticə isə bəllidir. İndi müstəqilik “plovu”nu Bakıdakı təcridxanalarda yeyirlər. Və məhkəmədə Azərbaycana tuşladıqları silahların sayını sadalamaqla necə aldadıldıqlarının fərqindədirlər.

Bu gün isə məhkəmədə Ermənistan dövlətinin vaxtilə işğal etdiyi Azərbaycan Respublikasının suveren ərazilərində yaratdığı və onun nəzarəti altında fəaliyyəti göstərmiş qondarma “Dağlıq Qarabağ respublikası”nı və onun qanunsuz silahlı birləşmələrini Ruben Vardanyan və digərləri vasitəsilə təmin etdiyi silah və texnikaların sayı və tərkibi məlum olub. Tezadlar.az xəbər verir ki, müvafiq silah və texnikaları siyahısı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin növbəti baxış iclasında açıqlanıb.

Bilidirilir ki, Ermənistan separatçıları ümumilikdə 160 ədəd müxtəlif növ zirehli döyüş texnikası, 16.805.903 ədəd müxtəlif növ atıcı silah, onun komplekt hissələri və döyüş sursatları, 230 ədəd müxtəlif növ minaatan, tank əleyhinə 137 ədəd müxtəlif növ vasitə, 162 ədəd müxtəlif növ artilleriya topu, 3 ayaq radar sistemi və digər növ hərbi texniki əmlaklar, 41 min 522 ədəd müxtəlif növ əl qumbarası, habelə uçuş həyata keçirən təyyarə və digər avadanlıqları hədəfindən yayındırmaq üçün istifadə olunan Radiomaneə kompleksi “Pole-21”, naviqasiya və telemetriya siqnallarını susdurmaq üçün istifadə edilən “Repellent-1” radioelektron mübarizə kompleksi ilə silahlandırıb.

Bu da son! İndi həmin silahların müsadirə edilmiş bir hissəsi ağlını itirmiş erməni hədəfindədir! Nişangahda ilk olaraq kimdir, bunu separatçılığı hələ də beynində dolaşdıranlar anlamalıdır…

A.Məmmədli

ruben-var

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!