Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 Noyabr 2025 / 12:54

Ermənistanın tanınmış bloggeri Prezident İlham Əliyevə təşəkkür etdi-SƏBƏB

Tannmış jurnalist-blogger Natalya Aleksanyan Azərbaycan prezidenti İlham Əliyevə ac Ermənistan vətəndaşlarına taxıl göndərilməsi üçün yaratdığı şəraitə görə dərin təşəkkür ifadə  edən status paylaşıb. Tezadlar.az erməni dilində olan həmin statusun tərcüməsini təqdim edir: “Bu səhər tezdən  Azərbaycan Prezidenti İlham Əliyevə və Baş nazir Nikol Paşinyana  təşəkkür edirəm. Bu gün Gevorq Papoyan qeyd edib ki, Rusiya və Qazaxıstan taxıllarının ilk partiyası tezliklə Ermənistanda olacaq. Prosesin təşkilində iştirak edən hər kəsə, dəmir və sərhəd məntiqini təmin edən zabitlərdən tutmuş, hər iki tərəfə və bölgə üzrə iştirak edənlərə qədər təşəkkür edirəm. P.S. O “muxalifət”çiyə isə deyin həyəcandan və qərəzdən xilas olsun, heç nəyə mane ola bilməyəcək…”.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!