Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 Noyabr 2025 / 13:06

“Ermənistanla Azərbaycan vasitəsilə dəmir yolu əlaqəsinin açılması Cənubi Qafqaza sülh gətirəcək” – Rusiyanın baş naziri

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan və Gürcüstan vasitəsilə Ermənistana Rusiya buğdasının çatdırılması ilə əlaqədar olaraq bildirib ki, Azərbaycan və Gürcüstan vasitəsilə Rusiya ilə Ermənistan arasında dəmir yolu xidmətinin istifadəyə verilməsi Cənubi Qafqazda sülhə maddi töhfəyə çevrilib. O vurğulayıb ki, Rusiya ilə Ermənistan arasında birbaşa dəmir yolu xidməti Ermənistanın müstəqillik qazanmasından bəri ilk dəfə baş verib.

Tezadlar.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Overçuk  diqqətə çatdırıb ki, bu nailiyyət “Cənubi Qafqazda sülhün bərqərar olmasına real  töhfə” rolunu oynayır və həmçinin Rusiyanın regional sabitliyə və regiondakı bütün ölkələrin iqtisadi inkişafına sadiqliyini nümayiş etdirir.

Baş nazir  istifadəyə verilən marşrutun Rusiyanı region ölkələri ilə nəqliyyat baxımından daha da birləşdirəcəyini, AİB ölkələrindən malların Ermənistan bazarına çıxışını, eyni zamanda erməni istehsalçıları üçün də birliyin bazarına çıxışını artıracağını qeyd edib:

“Bu marşrutla gedən ilk yükün həyat və yaradılışın ən vacib simvollarından biri olan Rusiya taxılının olması simvolikdir ki, bu da Cənubi Qafqazda sülhün bərqərar olması və qarşıdurmadan əməkdaşlığa keçmək üçün ortaq istəyi bir daha vurğulayır”.

Onunn sözlərinə görə, bu hadisə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020 və 2021-ci illərdə əldə etdikləri razılaşmaların nəticəsi, eləcə də Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin birgə sədrlik etdikləri üçtərəfli işçi qrupunun işi sayəsində əldə edilib. “Həmkarlarıma – Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevə və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryana Cənubi Qafqaz regionunda nəqliyyat əlaqələrinin açılması üçün birgə səylərinə, eləcə də Gürcüstana bu marşrutla daşımaların təşkilində konstruktiv iştirakına görə təşəkkür etmək istəyirəm”, – deyə Aleksey Overçuk bildirib.

Xatırladaq ki, Rusiya Ermənistana dəmir yolu ilə Azərbaycan ərazisindən keçməklə buğda çatdırıb. Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, Rusiya Dəmir Yolları Ulyanovsk vilayətindəki Dimitrovqrad stansiyasından Ermənistana 1000 tondan çox buğda göndərilməsini təşkil edib və 2026-cı ilin yanvar ayının sonuna qədər bu marşrutla daha 132 vaqon buğda göndərilməsi planlaşdırılır.

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!