Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İki dövlət arasındakı münasibətlər “tək millət” anlayışı ilə bütün sahələrdə güclənərək birlik, həmrəylik və ortaq gələcəyimizin təminatı olmağa davam edəcək.
“Təzadlar” xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə dair “X” hesabındakı paylaşımında qeyd edib.
“Azərbaycan Prezidenti, qiymətli dostum İlham Əliyevlə Qəbələdə keçirdiyimiz görüşdə iki qardaş ölkə arasındakı münasibətləri bütün tərəfləri ilə müzakirə etdik”, – o bildirib.
Qeyd edək ki, E.Tatar TDT-nin XII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycanda səfərdədir.