Bu gün Oğuz rayonunun Xaçmaz kəndindən hərbi xidmətə çağırılan əsgər Fariz Sadiq oğlu İsayev dünyasını dəyişib. Tezadlar.az sosial mediada yayılmış məlumatlara istinadla bildirir ki, Azərbaycan Daxili Qoşunların əsgəri 20 yaşlı Fariz İsayev hərbi xidmətə bir ay öncə başlayıbmış. Andiçmə mərasimindən sonra Qubada yerləşən N saylı hərbi hissəyə göndərilən əsgər üç gün sonra – mayın 10-da dünyasını dəyişib. İddialara əsasən, əsgər troblaşmadan həyatını itirib. Bəs, ölüm necə və hansı şəraitdə baş verib? Quba Rayon Mərkəzi Xəstəxanasından isə bildirilib ki, əsgər Fariz İsayev tibb müəssisəsinə daxil olarkən artıq bioloji ölüm halı baş vermişdi:
“Bu səbəbdən heç bir tibbi müdaxilə edə bilmədik. Ölümün necə və hansı şəraitdə baş verməsi müvafiq ekspertizadan sonra məlum olacaq”.
Sumqayıt Hərbi Prokuroluğunda araşdırma aparılır.
Rəsmi qurumlar hələki məsələyə dair açıqlama verməyib.