Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 May 2025 / 17:34

Əsgərin ölməsi faktı üzrə cinayət işi başlanıb

N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Fariz İsayevin ölüm faktı əsasında Sumqayıt hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual hərəkətlər icra edilib. Baş Prokurorluqdan “Təzadlar2a bildirilib ki, faktla bağlı Sumqayıt hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır. Hazırda ibtidai istintaq davam etdirilir, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən müvafiq qərarın qəbul edilməsi təmin ediləcəkdir.
Allah hərbçimizə rəhmət eləsin!
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!