23 Mart 2023 / 10:20

ESTONİYANIN BAŞ NAZİRİ: RUSİYADAN GÜBRƏ VƏ TAXIL İXRACINA HEÇ BİR MƏHDUDİYYƏT YOXDUR

Aİ-nin sanksiyaları Rusiyadan taxıl və gübrə ixracına mane olmur.

Tezadlar.az xəbər verir ki, bunu cümə axşamı Estoniyanın baş naziri Kaja Kallas Avropa İttifaqına üzv ölkələrin dövlət və hökumət başçılarının görüşünə gələrkən deyib.

“Rusiya limanlarından gübrələrin ixracına heç bir məhdudiyyət yoxdur. Onlar 18 limandan istifadə edə bilərlər. Həmçinin 300 bankdan yalnız 13-ü sanksiya altındadır. Söhbət sanksiyalardan getmir, söhbət Rusiyanın hərəkətlərindən gedir. O, limanlarından gübrə və taxıl ixrac edə bilər”, – deyə siyasətçi bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!