Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Serbiya zorakılığa qarşı” müxalifət koalisiyasını dəstəkləyən “Mübarizə” tələbə təşkilatının tərəfdarları Belqrad şəhərinin mərkəzindəki Respublika Xarici İşlər Nazirliyi və Dövlət İdarəçilik Nazirliyinin binalarının yaxınlığında küçələrin kəsişməsində çadırlar qurmağa başlayıblar.
N1 telekanalı xəbər verir ki, bu, müxalifətin əvvəllər elan etdiyi şəhər magistrallarının 24 saatlıq blokadasının bir hissəsidir.
Qərbyönlü müxalifətin tərəfdarları Serbiya lideri Aleksandr Vuçiçin koalisiyasının qalib gəldiyi son seçkilərin nəticələrinin ləğv edilməsini tələb ediblər.
Serbiyada dekabrın 17-də növbədənkənar parlament və bələdiyyə seçkiləri keçirilib. “Aleksandr Vuçiç – Serbiya dayanmamalıdır” koalisiyası onları qazandı. Müxalifətdə ikinci yeri tutan Serbiya Zorakılığa Qarşı blokun nümayəndələri səsvermənin nəticələrinin saxtalaşdırıldığını iddia edirlər.
E.ŞİRİNOV