19 Sentyabr 2025 / 06:27

Etiraz aksiyalarında 300-dən çox insan saxlanılıb

Fransada qənaət rejiminə qarşı keçirilən kütləvi etiraz aksiyalarında 300-dən çox adam saxlanılıb.

Tezadlar.az bu barədə Fransa KİV-nə istinadən xəbər verir.

Ən azı 11 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. On etirazçı və bir jurnalist də xəsarət alıb. Parisdə etirazçıları dağıtmaq üçün polis gözyaşardıcı qaz və güc tətbiq edib.

“İndiyədək 309 həbs edilib, 134 nəfər isə nəzarətə götürülüb. Bu rəqəmlər açıq-aydın dəyişəcək”, – daxili işlər naziri vəzifəsini icra edən Bruno Retalleau bildirib.

Bundan əvvəl Fransada etirazçıların Maliyyə Nazirliyinin binasına daxil olduğu bildirilirdi. Etirazçılar nazirliyin əmlakına heç bir ziyan vurmayıb, saxlanılan olmayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!