Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gecə Gürcüstan Prezident Sarayı önündə keçirilən aksiyada ciddi qarşıdurma yaşanıb. Aksiya iştirakçıları sarayın qapısını sındıraraq, əraziyə daxil olmağa çalışıblar. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, hadisə yerinə gələn xüsusi təyinatlı dəstə ilə etirazçılar arasında gərginlik yaşanıb. Baş verən qarşıdurmada bir neçə nəfər xəsarət alıb. Aksiya iştirakçıları əvvəllər sarayın ətrafında qoyulmuş baryerləri dağıdıb və sarayın həyətinə daxil olub. Bu zaman xüsusi təyinatlılar ilə vətəndaşlar arasında gərginlik yaranıb. Hadisə yerinə “Rustaveli prospekti” hərəkatının təsisçisi Paata Burçuladze gəlib. Hazırda ərazidə vəziyyət gərgin olaraq qalıb. Lakin bir neçə saatlıq gərginlikdən sonra etirazçılar meydanı tərk edib, saxlanılanlar var. Toqquşmada polis əməkdaşları yaralanıb.