Azərbaycanda da ev telefonlarından imtinalar durmadan artır. Tezadlar.az xatırladır ki, elektron mediada yayımlanan statistikadan bəlli olur ki, təkcə son bir ildə ölkədə 230 minə yaxın insan artıq ev telefonlarından imtina edib. Məsələn, 2023-cü ildə Azərbaycanda ümumilikdə 1.4 milyon sabit şəbəkə telefonu olubsa, onların 1.3 milyonu məhz evlərdə istifadə olunub. 2024-cü ildə bu rəqəm 1 milyon 175 minə düşüb və onların da 1 milyon 95 min 200-ü evlərdə quraşdırılmış telefonlardır. Ekspertlərin qənaətinə görə, mobil rabitə və internet zənglərinin (WhatsApp, Telegram, Zoom və s.) artması sabit telefonlara olan tələbatı demək olar ki, sıfıra endirib. Bu azalma və sıfırlama isə durmadan artıq…
Teyyub ƏLİOĞLU