15 İyul 2025 / 13:40

Evdən 30 min dollar və 12 min manatı ələ keçirdi, amma özü də ələ keçdi…

Bakının Nizami rayonunda evlərin birindən oğurluq edilib. Tezadlar.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, rayonun Q.Qarayev prospektində yerləşən evdən 30 000 dollar və 12 000 manat oğurlanması barədə zərərçəkən şəxs polisə müraciət edib. Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı qadın müəyyən olunaraq saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.

Beləcə, evdən 30 min dollar və 12 min manatı ələ keçirdi, amma özü də polisin əlinə keçdi…

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!