…Köçkünlərlə bağlı ağzına gələni deyənlər əvvəlcə düşünüb danışmalıdır ki, danışandan sonra papağını qabağına qoyub düşünməyə zərurət qalmasın…
Bu tip status və çıxışlara rast gəlirəm, amma cavab verib, qaçqın və köçkünlüyün mahiyyətini belələrinə izahlayıb onları hörmətə mindirmək istəməmişəm… Bir maşennik yazır ki, bizim məhəllədə bütün dükan-mağazanı, kababxananı, ətxananı, toyuqxana və meyvəxananı bir köçkün ağdamlı işlədir, hətta bizim qadınları özünə süpürgəçi də götürüb!
Bu ağıldan kəm, məntiqdən uzaq adam qanmır ki: a adam, belə çıxır ki, sizin bütün məhəlləni Ağdamdan olan bir köçkün işlədirsə, bunun günahı o fərasətli ağdamlıda yox, əfəl, tənbəl və fərsiz sizlərdədir! Yaza bilmədim ki, sən evdə xorultu-nərilti ilə yatanda, bu ağdamlı köçkün saat 5-6-da “Meyvəliyə” gedib meyvə-tərəvəz, qarpız-yemiş, toyuq-cücə, qoyun-quzu… gətirib satır! Belə fərasətlinin iki-üç maşını da olacaq, iki-üç yerdə evi də, babat pulu da… Sən də başla bütün günü bu ağdamlının pulunu saymağa, o da bütün məhəllənizi işlətməyində olsun… Başqa nə deyəsən…
Uzun sözün qısası, evi-eşiyi ermənilər tərəfindən dağıdılmış, yurdu viran qoyulmuş köçkünlərin şərəf və ləyaqətinə, əzablarına, köçkünlük dərdi çəkən və buna otuz beş ildir dözən haqqına girməyin!
Asif MƏRZİLİ