MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Fələstinli radikalların Qəzza zolağının şimalından İsrail ərazisinə atdığı raket Sderot yaşayış məntəqəsini vurub.
TEZADLAR.AZ xəbər verir ki, bununla bağlı İsrailin mətbuat xidməti (TPS-IL) məlumat yayıb. Bildirilib ki, İsrail ərazisinə üç raket atılıb.
İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, raketlərdən biri Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib, ikincisi Sderot şəhərinə düşüb, üçüncüsü isə yaşayış olmayan ərazidə partlayıb.
Ölən və yaralananlar barədə məlumat yoxdur.
AZƏRTAC