13 Noyabr 2023 / 09:38

FƏLƏSTİN KİPR İLƏ QƏZZA ZOLAĞI ARASINDA DƏNİZ DƏHLİZİNİN AÇILMASINI TƏKLİF EDİB

Fələstin Administrasiyası Qəzza zolağı ilə Kipr arasında dəniz humanitar dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış edib.

Bu barədə ölkənin baş naziri Mohammed Shtayyeh “Al Hadath” telekanalında məlumat verib.

“Biz Kipr və Qəzza zolağı arasında dəniz humanitar dəhlizinin açılmasını təklif etmişik”, – deyə o bildirib.

Siyasətçi təkcə Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsi ilə məhdudlaşmayaraq, tamhüquqlu humanitar dəhlizin təşkilinin zəruriliyini qeyd edib.

Xatırladaq ki, noyabrın 13-dək Qəzza zolağından əcnəbilərin, o cümlədən rusların təxliyyəsi müstəsna olaraq Rəfah vasitəsilə həyata keçirilir. Onun vasitəsilə bölgəyə humanitar yardımlar çatdırılır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!