“İkinci Cumhuriyet düşüncesi Ankara tarafından duyulmadı da Bakü’deki aydınlar tarafından duyuldu”- bu cümlənin müəllifi Türkiyənin “Sabah” qəzetində bir dönəm köşə yazan Mehmet Altandır.
Bir ara Fazil Mustafa onun ideoloqu olduğu “İkinci Cümhuriyyət Platforması”nın Azərbaycanda təbliğatını aparırdı.
Mustafa Kamal Atatürkün də əleyhinə palaz-palaz yazılar yazır, Azərbaycanı Kamalist Türkiyəyə yamaq olmaqda suçlayırdı.
“Bu rejimlerin ortak tarifi, her ikisinin demokratik düşünceyi özüne yakın bırakmamasıdır. Türkiye’nin yakın zamanlarda Kemalist ideolojiden tam uzaklaşma yolunu tutacağına ve bunun Azerbaycan’la ilişkisinde iyi yönde tesirini göreceğimizi ümit ediyoruz”- deyən Fazil Mustafadan Mehmet Altan həvəslə sitat gətirirdi.
O dövrlərdə Xanım Xəlilova Fazilə sərt, amma kifayət qədər tutarlı cavablar verdi. Bakıdan Kələkiyə, Kələkidən Türkiyəyə necə qaçması barədə Xəlilovanın onun qarşısına qoyduğu faktlara münasibətdə cınqırını çıxara bilmədiyindən “əzəli rəqibi”nə şər böhtan yağdırdı. Xanım Xəlilovanın cavabı belə oldu: ““Sussun, dilini qoysun qarnına. Dünənki uşaqdır. Onun kimiləri idi Elçibəyin hakimiyyətinin yıxılmasına səbəb olanlar. İndi qaranlıq əməllərinin qarşılığında gəlib deputat kürsüsündə əyləşib. Ona xəbərdarlıq edirəm ki, tərbiyəsizlik etməsin, elə məsələlər var bizi açıqlamalar verməyə məcbur eləməsin”.
Mesajdakı “qaranlıq” nüansına diqqət edin. Azərbaycanın orta əsrlərdəki tarixini qaranlıq hesab edən Fazilin öz əməlləri barədə deyilir bu. Bu hissəni Fazil bilər, əzəli rəqibi Xanım Xəlilova bilər. Amma Azərbaycan cəmiyyətinin də bəzi şeyləri bilməyə haqqı var.
1. Fazil Mustafa təbliğatını apardığın ikinci cümhuriyyətçilik platformasının ideoloqu Mehmet Altan FETÖ ilə bağlarına görə, hətta “15 temmuz darbesi”ni öncədən bildiyinə görə Türkiyədə ittiham olunur. Qaranlıq adam Mehmet Altanın barəndə yazdıqlarına, səni öyüb-oyüb bitirə bilməməsinə aydınlıq gətirə bilərsənmi?
2. “Ərdoğan 10 min azərbaycanlı uşağı güllələtdi”- bu, başlıqlı müsahibə yadındadırmı? Yadından çıxıbsa, xatırladım, bütün ölkə də bilsin. Bu müsahibən Fətullah Gülənin (Allah cəhənnəmdəki atəşini bol eləsin) rəsmi saytında yayımlanıb. Azərbaycan və Türkiyə qarşısında üzü ağ, vicdanı təmiz, əqidəsi pak, aydınlığa xidmət edən bir adamın məqalə və müsahibələrini Fətullah Gülən niyə tirajlasın, deyə bilərsənmi? Bəlkə milli identifikasıyamızın kodlarında qaranlıq axtarmaq əvəzinə, “torbadakı pişik”dən danışasan?
3. Türkiyənin Kamalist ideologiyadan qurtulacağını, bunun da Azərbaycana örnək olacağını deyirdin ha… Deyəsən CXP-nin ayaq səslərini eşidib təzədən “kamalist” olmusan, bir “Mustafa Kamal” deyəndə beşi də ağzından tökülür. Bu, “Püstəxanım məsələsi”dir, yoxsa təzə sifariş almısan? Səni bir ara AKP-yə sırıyanlar indi də CXP-yə sırımaq istəmiş olmasın?
Sən heç vaxt fikir adamı, yol adamı, ideya adamı olmamısan, fəzilət deyil, QƏBAHƏT sahibisən.
Özünü mənə tanıtma!!!
Taleh Şahsuvarlı