22 Sentyabr 2025 / 07:29

Fələstinin tanınması praktiki tədbirlərlə müşayiət olunmalıdır

Fələstinin Avstraliya, Böyük Britaniya və Kanada tərəfindən tanınması mühüm addımdır, lakin bu, həmin dövlətlərin hakimiyyət orqanlarının əməli hərəkətləri ilə müşayiət olunmalıdır.

Fələstinin HƏMAS hərəkatı bu qənaəti ifadə edib.

“Fələstinin müstəqilliyinin tanınması mühüm addımdır, lakin bundan sonra Qəzza zolağında müharibəni dərhal dayandırmaq və İordan çayının qərb sahilinin ilhaqının qarşısını almaq üçün əməli tədbirlər görülməlidir”, – Tezadlar.az xəbər verir ki, radikal qrupun Telegram kanalında dərc olunan bəyanatda deyilir.

HƏMAS həmçinin qeyd edib ki, onun fikrincə, Fələstin dövlətinin tanınması “öz azadlığı uğrunda mübarizə aparan Fələstin xalqına verilən qiymətdir”.

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Keir Starmer Londonun Fələstin dövlətçiliyini tanıdığını bəyan edib. Britaniya hökumətinin başçısı vurğulayıb ki, bu addım 2023-cü il oktyabrın 7-də İsrailə hücum edən Fələstinin radikal HƏMAS hərəkatının mükafatı kimi qəbul edilməməlidir.

Kanada və Avstraliya oxşar qərarı açıqlayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!