22 Oktyabr 2025 / 17:10

“Fərhadın heykəli” Ağdama qayıdır…

Ermənistanın işğalından əvvəl Ağdam şəhərinin mərkəzi parkında “Fərhadın heykəli” yerləşirdi… Bu heykəl şəhər üçün bir simvol idi. İndi həmin heykəlin öz tarixi yerinə qaytarılması üçün işlər davam edir. Tezadlar.az xatırladır ki, Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliyin Mətbuat xidmətinin rəhbəri Leyla Sərabi mediaya bu barədə danışıb. O, bildirib ki, Xalq rəssamı Tokay Məmmədovun orijinal eskizi əsasında hazırlanan bu layihə şəhərimizin simvollarından birini əbədiləşdirəcək. Əsərin bərpası ilə Xalq rəssamı Hüseyn Haqverdiyev məşğul olur. Heykəlin texniki parametrlərinin icrası isə Sənan Cəfərovun səlahiyyətindədir. Layihənin baş kuratoru Əməkdar rəssam, elmlər doktoru Rəşad Mehdiyevdir. Heykəlin gələn il ucaldılması nəzərdə tutulur.

Beləliklə, tarix öz imzasını yenidən təkrarlayacaq!

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!