Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ferran Torres uzun fasilədən sonra “Barselona”nın sıralarına dönüb.
Tezadlar.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Baş məşqçi Hans-Diter Flik bu gün UEFA Çempionlar Liqasının VIII turu çərçivəsində “Kopenhagen”lə (Danimarka) matç üçün heyəti açıqlayıb. Sağ ayağındakı əzələ zədəsini sağaldan ispaniyalı forvard da “Kamp Nou”da baş tutacaq oyunun iştirak ərizəsinə salınıb.
Buna baxmayaraq “Barselona”da itkilərin hələ də mövcud olduğu bildirilib. Zədəli Pedri, Qavi və Kristensenlə yanaşı, sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşən Frenki de Yonq da matçı buraxmalı olacaq.
Joau Kanselo isə turnir üçün sifariş edilməyib.
Qeyd edək ki, F.Torres ötən ay məşq zamanı əzələsindən zədə almışdı. “Barselona” – “Kopenhagen” matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.