Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fevralın 22-də Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində ən azı 602 fələstinli məhbus, o cümlədən ömürlük həbsə məhkum edilmiş 50 nəfər İsrail həbsxanalarından azad ediləcək.
Tezadlar.az xəbər verir ki, bu barədə HƏMAS-a bağlı Məhbusların İşləri İdarəsi məlumat yayıb.
“İsrail ilə razılaşmanın bir hissəsi olaraq fevralın 22-də ömürlük həbsə məhkum edilmiş 50 nəfər, uzun müddətə azadlıqdan məhrum edilmiş 60 nəfər, 2023-cü il oktyabrın 7-dən sonra yenidən həbs edilən 47 nəfər və Qəzza zolağının 445 sakini azad ediləcək”, – ofisin Telegram kanalında dərc olunan bəyanatında deyilir.
ELBAR