Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində “Dənizdə neft dağılmalarının ləğvi” mövzusunda taktiki təlim keçirib.
Tezadlar.az xəbər verir ki, təlimin əsas məqsədi sularda mümkün qəzaların, o cümlədən neft və neft məhsullarının dağılması ilə əlaqədar yarana bilən fövqəladə hallara çevik reaksiyanın verilməsi məqsədilə şəxsi heyətin praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub.
FHN-in Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti tərəfindən təşkil olunan təlimdə, həmçinin SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin və “Azneft” İB-nin nümayəndələri müşahidəçi qismində iştirak ediblər.
Təlimə bir ədəd yedək gəmisi, beş ədəd xüsusi təyinatlı kater və neft dağılmalarının ləğvi üzrə avadanlıqlar cəlb olunmaqla, bon çəpərləri vasitəsilə dənizə “dağılmış neftin” yayılmasının qarşısı alınıb və skimmer qurğusunun köməyi ilə “dağılmış neft” dəniz səthindən “yığılaraq aidiyyəti üzrə təhvil verilib”.
Uğurla keçən təlimdən sonra nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.
RÖVŞANƏ