Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 İyun 2025 / 12:44

FHN-in bu agentliyi yenidən nüfuzlu beynəlxalq sertifikata layiq görülüb

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi növbəti dəfə ISO 37001 – “Rüşvətə qarşı idarəetmə sistemi” beynəlxalq sertifikatına layiq görülüb. Agentlik bununla bağlı beynəlxalq audit və qiymətləndirmə prosesindən uğurla keçib.

Tezadlar.az xəbər verir ki, ISO 37001 standartı Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən 2016-cı ildə təsis olunub və rüşvətlə mübarizə sahəsində dünya üzrə qəbul edilmiş yeganə beynəlxalq standartdır.

Bu sistemin tətbiqi Agentliyə fəaliyyəti ilə əlaqəli rüşvət riskinin müəyyən olunması, idarə edilməsi, rüşvətlə bağlı korporativ risklərin azalması, rüşvətə qarşı beynəlxalq normalara riayət edilməsi, həmçinin qabaqcıl təcrübələrin və hüquqi tələblərin tətbiqi sahələrində üstünlüklər əldə etməsinə imkan verir. Eyni zamanda, maraqlı tərəflərə Agentlik tərəfindən rüşvət hallarının qarşısının alınması üçün müsbət addımların atıldığına dair təminat verir. Rüşvət əleyhinə ən yaxşı təcrübələri özündə birləşdirən ISO 37001 standartı idarəetmədə şəffaflığın artırılmasına da zəmin yaradır.

Xatırladaq ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi ISO 37001 – “Rüşvətə qarşı idarəetmə sistemi” beynəlxalq sertifikatına ilk dəfə 24 iyun 2022-ci ildə layiq görülüb.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!