Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 Fevral 2025 / 10:34

FHN piyadalara mürciət etdi

Yolların buz bağlaması ilə bağlı Fövqəladə Hallar Nazirliyi piyadalara müraciət edib.

TEZADLAR.AZ xəbər verir ki, bununla bağlı nazirlik məlumat yayıb.

“Ayaqqabını sürüşməyə qarşı hazırlayın – ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün. Ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır.

Yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur.

Sürüşsəniz zərbənin gücünü azaltmaq ücün oturun. Yıxılanda özünüzü toparlayın, qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun. Sürüşərək zədə almısınızsa, təcili tibbi yardıma müraciət edin”, – məlumatda deyilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!