28 Fevral 2025 / 10:42

Filosof Niyazi Mehdi dünyasını dəyişib- ürək əməliyyatından sağ çıxmayıb…

Tanınmış fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdi vəfat edib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Bildirilib ki, 74 yaşlı  tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdi ötən gecə Mərkəzi Gömrük Xəstəxanasında ürək əməliyyatı keçirib. Lakin o, əməliyyatdan sonra dünyasını dəyişib.

Qeyd edək ki, bir müddət idi Niyazi Mehdinin səhhətində ciddi problemlər yaranmışdı.

Mehdiyev Niyazi Musa oğlu (Niyazi Mehdi) 1951-ci il fevralın 26-da Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Ağdam 1 saylı şəhər məktəbində ibtidai, Bakı 158 saylı şəhər məktəbində orta təhsil almışdır. Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fkültəsini bitirmişdir (1968–1973). M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində estetika üzrə təhsil almışdır (1973–1976). M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun fəlsəfə kafedrasında müəllim (1977–1982), baş müəllim (1982–1984) işləmişdir. Hazırda həmin kafedrada dosent vəzifəsində çalışır (1984-cü ildən). “Kinematoqrafın estetik təhlilində semiotik yenidən araşdırmanın yeri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1979). Doktorluq dissertasiyası Orta çağ müsəlman, eləcə də Azərbaycan mədəniyyətinin semiotik-struktur təhlili üzərində qurulub.

Ədəbi fəaliyyətə 1970-ci illərdən başlamışdır. Milli ədəbiyyat və estetik mədəniyyət tarixini müasir elmi-nəzəri meyar və fəlsəfi ümumiləşdirmələrlə tədqiq edir. Bədii dil, fəlsəfə, ədəbiyyat və incəsənət problemləri ilə ardıcıl məşğul olur. Dövri mətbuatda müntəzəm çıxış edir. İngilis dilindən elmi tərcümələri var.

Niyazi Mehdi 1992-ci ildən 2003-cü ilə kimi Müsavat Partiyasının konseptual məsələlər üzrə başqan müavini və divan üzvü olmuşdur.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!