Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Finlandiyanın Espoo şəhərində azərbaycanlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib.
“Tezadlar” xəbər verir ki, bu barədə Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədirlərindən Arzu Oqtay feysbuk hesabında paylaşım edib.
Onun sözlərinə görə, hadisə avqustun 29-da qeydə alınıb. O, qadının amansızlıqla qətlə yetirildiyini bildirib.
Adı açıqlanmayan 30 yaşlı qadının iki uşaq anası olduğu bildirilir.
Faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.