Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gələn ildən etibarən vətəndaşlar üçün müəyyənləşdirilmiş fiziki şəxslərin gəlir vergisiylə bağlı güzəştlərin müddəti başa çatır.
Tezadlar.az xəbər verir ki, artıq 2026-cı ilin yanvarın birindən etibarən fiziki şəxslərlə bağlı əməkhaqqlarından yeni vergilərin tətbiq edilməsi həyata keçiriləcək.
Belə ki təqdim olunan layihəyə əsasən, növbəti ildən etibarən əməkhaqqıları 2500 manatadək olan vətəndaşlarda 3 faiz gəlir verigsi nəzərdə tutulub.
Əgər əməkhaqqı 2500 manatdan çoxdursa, 8000 manatdan azdırsa, o zaman bu rəqəm 10 faiz, əgər 8000 manatdan çoxdursa, o halda 14 faiz tətbiq olunacaq.
Millət vəkili Vüqar Bayramov bildirib ki, növbəti illərdə mərhələli şəkildə faizin miqdarı artacaq. 2027-ci ildə bu rəqəm beş faiz, 2028-ci ildə isə 7 faiz olacaq.
Deputat onu da bildirib ki, bunu kompensasiya etmək, yəni tutulan verginin işçinin əməkhaqqına təsir edib -etməməsi şirkət rəhəbriliyinin verəcəyi qərardır.
Daha ətraflı aşağıdakı linkdə: