19 Sentyabr 2025 / 12:50

“Formula-1″də sürücünün porebriklərə aqressiv hücumu yürüşü dayandırmağa səbəb oldu – qırmızı bayraq qaldırılıb

“Formula-1” üzrə Azərbaycan Qran-prisində sürücülərdən birinin porebriklərə aqressiv hücumu maşının elementlərinin qırılması ilə nəticələnib.

Tezadlar.az  xəbər verir ki, trasa kənar elementlər düşdüyü və sürücülərə təhlükə mənbəyi olduğu üçün sərbəst yürüş qırmızı bayraqla dayandırılıb (trend).

Tras təmizləndikdən sonra yürüş davam edəcək.

Qeyd edək ki, Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüşə  saat 12:30-da start verilmişdi. İkinci sərbəst yürüşün saat 17:00-da başlanacağı gözlənilir.

Bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!