4 Avqust 2025 / 12:55

Fransa Azərbaycana səfir göndərməyə hazırlaşır…

Fransanın Azərbaycandakı səfiri Ann Buayonun yaxın müddətdə səlahiyyət müddəti başa çatacaq. Bu barədə Fransanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, səfirin Azərbaycanı tərk edəcəyi tarix hələlik müəyyən edilməyib. Sitat: “Onun yerinə təklif edilən şəxsin kimliyi ilə əlaqədar məlumat Azərbaycan hökumətinə təqdim olunub”.

Son qərar isə Makrondan gəlməlidir. Səfirin adı hələki açıqlanmır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!