Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Həmin qətnamədə deyilirdi: ”Senat Fransa hökumətini Fələstin dövlətini tanımağa və bu tanınmanı Yaxın Şərqdə dinc nizamlamaya dair prosesdə alət kimi istifadə etməyə çağırır”.
2020-ci ildə isə Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı eyni məzmunlu qətnaməni qəbul etmişdi: “Senat Fransa hökumətini Dağlıq Qarabağı tanımağa və bu tanınmanı regionda möhkəm sülhün yaranması məqsədi ilə danışıqlarda alət kimi istifadə etməyə çağırır”.
Yanaşma eyni idi, lakin Azərbaycan həmin qətnaməni şanlı ordusunun çəkmələri ilə silərək, zibil qutusuna atdı və öz torpaqlarına sahib çıxdı və çıxmaqda da davam edir.
***
Xatırladaq ki, Yaxın Şərqdə vəziyyətin yeni gərginləşməsi oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə hücumu ilə başlayıb.
Bu münaqişə nəticəsində hər iki tərəfdən xeyli sayda insan həyatını itirib. İsrail HƏMAS terror qrupunu darmadağın etmək niyyətindədir.
JASMİN