Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransa məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsəd və Suriyanın 6 keçmiş hökumət rəsmisinin həbsinə order verib.
“Tezadlar” xəbər verir ki, onlar 2012-ci ildə Homs şəhərini atəşə tutmaqda ittiham olunurlar.
Fransa hakimiyyətinin məlumatına görə, atəş nəticəsində amerikalı jurnalist Mari Kolvin və fransız fotoqraf Remi Oçlik həlak olub.
Qeyd edək ki, Fransada istintaq hakimləri Bəşər Əsədin 2017-ci ildə ölkədə mülki obyektlərin bombalanmasında iştirak etdiyinə görə də həbsinə order vermişdi. Daha əvvəlki order isə Suriya qoşunlarının kimyəvi silahdan istifadə etdiyi iddiası ilə bağlı verilib.