16 Avqust 2025 / 09:28

Fransalı şərab mütəxəssisləri Azərbaycanın Üzümçülük İnstitutunda nələrə heyran qaldı?

 Azərbaycanın bütün meyvələri və tərəvəz məhsulları, o cümlədən üzümü də dünyada məşhurdur, bəyənilir. Amma Sovetlər dönəmində bu bəyənmə SSRİ sərhədlərindən o yana getmirdi… İki gün əvvəl isə Fransada ən iri şərab istehsalçılarından olan şərabçı mütəxəssislər Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda və institutun “Ampeloqrafik Kolleksiya” bağında olublar. Qonaqlar məhsulun barvermə fəlsəfəsinə və keyfiyyətinə heyran olublar.
İlk öncə qonaqlar İnstitutun fəaliyyət istiqamətləri və inzibati binası ilə yaxından tanış olublar. Daha sonra “Ampeloqrafik Kolleksiya” bağına baş çəkilib və əkilib becərilən yerli texniki üzüm sortları ilə yaxından maraqlanıblar. Mütəxəssislərin fikirincə Azərbaycanın “teroruar” amilləri müxtəlifliyini nəzərə almaqla müxtəlif yerli üzüm sortlarından dünyada bazar rəqabətinə davam gətirə biləcək yüksək alıcılıq qabiliyyətinə malik milli şərab brendləri istehsal etmək mümkündür. Elə buju qonaqlar özləri deyiblər. Əsas maraq obyekti olaraq üzüm sortlarında salxımın quruluşu, onların yetişmə dinamikası, şəkərin toplanması barəsində məlumat əldə ediblər və gələcəkdə bu sortlardan bağ salınması üçün əməkdaşlıq münasibətlərinin yaradılması müzakirə olunub. Danışıqlar əsasında qərara alınıb ki, tədqiqat obyekti olaraq Mədrəsə, Xındoqnı, Arna-qırna, Bayanşirə kimi sortların yetişmə dinamikası bu il yaxından izlənilsin və tinglər tədarük olunaraq gələcəkdə üzüm bağların salınmasında istifadə olunsun. Qonaqlar görüş sonrası institutdan xoş təəssuratlarla ayrılıblar.
Beləliklə, Azərbaycanı təkcə neft və neft məhsulları ilə deyil, həm də yüksək keyfiyyətli və dadlı üzüm- şərabçılıq məhsulları ilə niyə tanıtmayaq!
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!