5 Aprel 2026 / 17:17

Futbol tarixində rekord: Dünyanın ən bahalı qapıçısı artıq rəsmiləşdi

Məşhur “Transfermarkt” portalı dünyanın ən bahalı qapıçılarının yenilənmiş reytinqini təqdim edib.

Tezadlar.az-ın məlumatına görə, siyahıya “Mançester Siti”nin qolkiperi Canluici Donnarumma başçılıq edir. İtaliyalı qapıçının bazar dəyəri 45 milyon avro qiymətləndirilir.

İkinci yeri isə hər birinin dəyəri 40 milyon avro olan dörd qapıçı bölüşür: Bart Verbryuggen (“Brayton”), Joan Qarsiya (“Barselona”), Dioqu Koşta (“Portu”) və Qreqor Kobel (“Borussiya Dortmund”).

“Transfermarkt”ın versiyasına görə dünyanın ən bahalı 10 qapıçısı:

Canluici Donnarumma (“Mançester Siti”) — 45 milyon avro;

Bart Verbryuggen (“Brayton”) — 40 milyon;

Joan Qarsiya (“Barselona”) — 40 milyon;

Dioqu Koşta (“Portu”) — 40 milyon;

Qreqor Kobel (“Borussiya Dortmund”) — 40 milyon;

Mile Svilar (“Roma”) — 35 milyon;

David Raya (“Arsenal”) — 35 milyon;

Senne Lammens (“Mançester Yunayted”) — 30 milyon;

Lyuka Şevalye (PSJ) — 30 milyon;

Georgi Mamardaşvili (“Liverpul”) — 28 milyon.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!