19 Sentyabr 2023 / 03:40

FÜZULİDƏ 3 POLİS ƏMƏKDAŞI AVTOQƏZADA HƏLAK OLDU

Bu gecə – sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Eləcə də faktla bağlı cinayət işi başlanıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!