Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 İyun 2025 / 09:57

Füzulidəki yol qəzasında 3 nəfər öldü: ADLAR VAR

Bu səhər Füzulidə baş verən ağır yol qəzasında üç nəfər həyatını itirib. Tezadlar.az bildirir ki, rayonun 6 saylı qayıdış qəsəbəsi ərazisində qeydə alınan zəncirvari qəzada “Mersedes”, “KİA” və “Opel” toqquşub. Hadisə nəticəsində rayon sakinləri 1999-cu il təvəllüdlü Qurbanov Nicat və qardaşı, 1986-cı il təvəllüdlü Qurbanov Ceyhun Vaqif oğlu, 1999-cu il təvəllüdlü Süleymanov Elçin ölüb, Bəndalı Qəmbərov isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralıya ilkin tibbi müdaxilə edildikdən sonra o paytaxtda yerləşən xəstəxanalardan birinə köçürülüb. Qeyd edək ki, ölənlər “Mersedes”in sürücü və sərnişinləri olub. Faktla bağlı araşdırma aparılır.

Hadisə şahidləri isə bildiriblər ki, sürücülərin təcrübəsizliyi və səriştəsizliyi qəzaya əsas səbəb kimidir.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!