23 Avqust 2023 / 10:53

GƏNCLƏR ÜÇÜN GÜZƏŞTLİ MİKROKREDİTLƏŞMƏYƏ START VERİLDİ – 21 -35 YAŞ ARASI

Belə ki, “Aqrar Kredit Korporasiyası” ASC vasitəsilə gənclər üçün güzəştli mikrokreditləşdirmə mexanizmi işə salınıb.

Bu barədə Qazaxıstan Respublikası hökumətinin mətbuat xidməti məlumat verib.

Qeyd edilir ki, cari ilin avqust ayının 10-na olan məlumata görə,  5,3 mindən çox müraciət daxil olub, 3344 layihə isə bəyənilib. 2577 layihənin həyata keçirilməsinə 11,4 milyard tenge güzəştli kredit verilib. Qalanları isə maliyyələşmə mərhələsindədir.

Bildirilir ki, güzəştli kredit alanlar arasında heyvandarlıq, xidmət, ticarət, bitkiçilik və yüngül sənaye sahələrinin sahibkarları üstünlük təşkil edir. Kredit 21 yaşdan 35 yaşa qədər olan vətəndaşlara biznesini açmaq və ya genişləndirmək üçün verilir.

Ümumilikdə, 2023-cü ildə 29 milyard tenge məbləğində 5796 mikrokreditin verilməsi planlaşdırılır.

 JASMİN

 

 

 

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!