Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 Aprel 2026 / 19:39

Gizli şəkildə dini dərs verən “məktəb”də uşaqlar döyülüb, bədən xəsarətləri alıblar – FOTOLAR

Özbəkistan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, Kaşkadarya vilayətindən olan 34 yaşlı kişi qanunsuz dini dərslər təşkil etməkdə şübhəli bilinir.

O, Daşkəndin Yenihayot rayonunda mənzil icarəyə götürüb və 5-12 yaş arası 9 uşağa evdə ödənişli dini təhsil verib.

daskend doyulme

Dini təhsil verən kişinin özü paytaxtdakı özəl universitetlərin birində ikinci kurs tələbəsi olub.

Özbəkistan mediasının Dövlət Təhlükəsizlik Xidmətinə istinadən yaydığı  məlumata görə, uşaqlara dərslər məcburi şəkildə verilib və bəzi hallarda onlar bədən xəsarətləri alıblar.

Bundan əlavə, bu uşaqlardan altısı iki aydan səkkiz aya qədər məktəbdən kənar qalıb və zorla evdə saxlanılıb, onların küçəyə çıxmasına da icazə verilməyib.

Axtarış zamanı  49 dini kitab, dini tədris materialları olan 24 dəftər və bir noutbuk müsadirə edilib.

“Müəllim”ə qarşı ÖR Cinayət Məcəlləsinin 229-2-ci maddəsinin 2-ci hissəsi (Dini təlimlərin tədrisi qaydalarının pozulması) ilə cinayət işi açılıb.

Uşaqlarını “təhsil”ə göndərən valideynlərə qarşı İnzibati Məcəllənin 47-ci maddəsi (Uşaqların tərbiyəsi və təhsili üzrə vəzifələrini yerinə yetirməmə) ilə inzibati protokollar tərtib edilib.

Bundan başqa məlum olub ki, dini təhsil verən tələbənin universitetdəki müəllimi də Yenixayotski rayonunda kirayə mənzildə uşaqlar üçün qanunsuz olaraq dini dərslər keçirmiş.

39 yaşlı kişi bu işdə həyat yoldaşı ilə birgə hərəkət ediblər. Onlar Tacikistan vətəndaşının uşağı da daxil olmaqla, 8-17 yaş arası 5 uşağa dərs deyiblər.

Artıq ekspertiza təyin edilib və ilkin araşdırmalar aparılır.

 

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!