Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 İyun 2025 / 12:22

Gömrük Xidməti Rəhbərləri Şurasının 80-ci iclası keçirilib

İyunun 4-də Qırğız Respublikasının İssık-Kul vilayətinin Bayet kəndində MDB iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 80-ci iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, rəsmi açılış mərasimindən sonra iclasda MDB iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 79-cu iclasında qəbul edilmiş qərarların icra vəziyyəti, daxiliyanma elektrik mühərriki ilə təchiz edilmiş minik avtomobillərinin eyniləşdirilməsi üzrə təcrübə mübadiləsi və elektriklə işləyən nəqliyyat vasitələrinin yükləyici qurğuları ilə bağlı gömrük əməliyyatlarının aparılması məsələləri, malların təsnifatı və mənşəyi üzrə işçi qrupunun yaradılması, “MDB iştirakçısı olan dövlətlərin gömrük məqsədləri üzrə Ekspertiza və Tədqiqatlar Mərkəzi haqqında Saziş” layihəsi və gömrük-sərhəd keçid məntəqələri yaxınlığında gözləmə zonalarının fəaliyyətinə dair müzakirələr aparılıb.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!